• Toplum
  • 15 Aprel 14:14
  •  3 351

"Koronavirusa qalib gəlsəydik, bu çoxdan baş verərdi, indi isə gecdir" - Əfsanəvi akademik

Ən azı 2025-ci ilə kimi...

2025-ci ilə kimi bu virusla mübarizədə olacağıq, biz ona qalib gəlsəydik çoxdan gələrdik.

Əfsanəvi həkim, alim, akademik Vladimir Porxanov Kubanda onkoloji klinikanın rəhbəridir. O, özü də koronavirusa yoluxub və müalicə alıb.

Akademik koronavirusla nə vaxta kimi mübarizədə olacağıq sualına belə cavab verib:

"Çox... Ən azı 2025-ci ilə kimi. Bunu mən indi demirəm. Elə virus ilk yayılmağa başlayan aylarda bilirdim. Bunu viruslardan az-çox anlayışı olan istənilən elm adamı bilir.

Alim koronavirusun vaksinlər effektiv işləyənə və ölkələrdə kollektiv immunitet formalaşana kimi bizimlə olacağını bildirib.

“Bu xəstəlik barədə dünyada heç bir alim, heç bir həkim dəqiq informasiyaya və çıxış yoluna malik deyil.

Mən özüm də qoruna bilmədimsə, deməli, virus çox asanlıqla yayılır. Mən nə evdə, nə də işdə yoluxdum. Maşınıma ailəsində xəstə olan biri əyləşdi və cəmi 15 dəqiqəlik yolda virus salondaca bizə keçdi”.(medicina.az)