Digər dəyişikliyə əsasən... Digər dəyişikliyə əsasən...
  • Toplum
  • 4 May 2021 20:24
  •  5 920

Bu tələbələrə “adi” təqaüd veriləcək

Digər dəyişikliyə əsasən...

“Bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsinə dövlət sifarişi ilə “Təhsil haqqında” qanuna əsasən müsabiqədənkənar qəbul olunan tələbələrə birinci tədris ilinin birinci semestrində “adi” təqaüd veriləcək.

Aznews.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”nda dəyişiklik edilib.

Digər dəyişikliyə əsasən, magistratura səviyyəsinə dövlət sifarişi ilə qəbul olunan, imtahan verilən fənlər üzrə müəyyən olunmuş maksimal balın 91 faizini və daha çox bal toplayan tələbələrə birinci tədris ilinin birinci semestrində “əlaçı”, digər halda isə “adi” təqaüd veriləcək.

Buündan əvvəl magistratura səviyyəsinə dövlət sifarişi ilə qəbul olunan, 112 və daha çox bal toplayan tələbələrə birinci tədris ilinin birinci semestrində “əlaçı”, digər halda isə “adi” təqaüd verilib.