Dərman təminatı və qida xərcləri də tibbi sığorta ilə təminata alınıb Dərman təminatı və qida xərcləri də tibbi sığorta ilə təminata alınıb
  • Toplum
  • 5 May 2021 17:36
  •  4 275

Doğuş və qeysəriyyə də tibbi sığorta zərfinə daxildir

Dərman təminatı və qida xərcləri də tibbi sığorta ilə təminata alınıb

“Xəstəxanalara göndərişlə gedən hamilə qadınlar sığorta ilə qeysəriyyə əməliyyatı oluna bilər. Həm doğuş, həm də qeysəriyyə əməliyyatı İcbari Tibbi Sığortanın Xidmətlər Zərfinə daxildir”.

AzNews.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta Agentliyinin mətbuat xidmətinin rəhbəri Aynurə Əhmədova məlumat verib.

O həmçinin qeyd edib ki, doğuşdan sonra ana və uşağın stasionarda qalması, dərman təminatı və qida xərcləri də tibbi sığorta ilə təminata alınıb.