Harvad alimləri əzbəri pozdu Harvad alimləri əzbəri pozdu
  • Toplum
  • 18 May 2021 18:12
  •  10 874

Gündə 10 min addım atmaq gərəkmi?

Harvad alimləri əzbəri pozdu

ABŞ-dakı Havrard Universitetinın elm adamları gündə 10 min addım əvəinə yalnız 4 min 400 addım atmağın ciddi xəstəliklərdən qorunmaq üçün yetərli ola biləcəyini açıqlayıblar.

1960-cı illərdə Yaponiyada bir reklam kampaniyası zamanı "10 min addım" hədəfi irəli sürülüb. Bu gün isə tədqiqatçılar gündə 7500 addımdan sonra idmanın faydasının azaldığını aşkar ediblər.

Aznews.az xarici mediaya istinadən xəbər verir ki, Harvard Universiteti Tibb Fakültəsi tərəfindən müxtəlif səviyyəli fiziki aktivliyin faydalarının araşdırılması zamanı klassik gündəlik addım hədəfinin həddindən artıq ola biləcəyi ortaya çıxıb.

Fiziki aktivlik demans və bəzi xərçəng növləri kimi xroniki xəstəliklərin inkişaf riskini azaltmağa kömək edir və hətta diabet 2 xəstəliyini aradan qaldırır.

Ancaq 10 min addım hədəfinə çatmaq üçün bir insanın gündə iki saat piyada gəzməsi lazım gəlir.

4 min 400 addım üçün isə sadəcə 53 dəqiqə kifayətdir.

4 min 400 addımın ölüm riskini əhəmiyyətli dərəcədə azaltdığını bildirən Harvard araşdırmaçıları 10 min addımın həddindən artıq olduğu ifadə ediblər.

Alimlər gündəlik orta hesabla 2 min 700 addım atmağın qadınlarda ölüm riskini əhəmiyyətli dərəcədə azaltmaq üçün yetərli olduğunu aşkarlayıblar.

Sözsüz ki, fiziki aktivlik kişi sağlamlığında ölüm riskinin aşağı düşməsi üçün də çox əhəmiyyətlidir.
Gündə 10 min addım piyada gəzməyin əlavə bir faydası müşahidə edilməyib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yetkin insanlara həftədə ən azı 150 dəqiqə orta intensivlikli fiziki fəaliyyət və ya 75 dəqiqə güclü fiziki aktivlik etmələrini tövsiyə edir.
Aznews.az