Azərbaycanın ilk ingilisdilli qəzeti olan “Azernews” oxucularını yeni göz oxşayan dizaynı ilə sevindirir Azərbaycanın ilk ingilisdilli qəzeti olan “Azernews” oxucularını yeni göz oxşayan dizaynı ilə sevindirir
  • Toplum
  • 21 İyun 2021 12:07
  •  3 089

Mətbuatda yeni trend - “Azernews” üç fərqli dizaynda çap olunacaq

Azərbaycanın ilk ingilisdilli qəzeti olan “Azernews” oxucularını yeni göz oxşayan dizaynı ilə sevindirir

Bundan sonra qəzetin nömrələri üç fərqli müasir dizaynda nəşr olunacaq və ABŞ, Böyük Britaniya, Çin kimi dünyanın müxtəlif ölkələrində oxucular qəzeti bu yeni çap versiyasında oxuya biləcəklər.

Müxtəlif zövqləri nəzərə almaqla hazırlanan çap versiyası oxucu məmnuniyyətini əsas hədəf kimi görür. Artıq qəzetin ilk səhifəsində nömrədə yer alan maraqlı xəbərlərin anonsları ilə tanış olmaq mümkün olacaq. Eləcə də ilk səhifəsində daha çox fotolara yer ayrılması qəzetin dünya media standartlarına uyğun rəngarəngliyini, cəlbediciliyini daha da artırır.

Qəzetlə bağlı digər möhtəşəm xəbər də var! Qəzetin azernews.az veb səhifəsi dünyanın aparıcı qəzetlərinin təcrübəsinə uyğun olaraq, ən müasir informasiya texnologiyalarına əsaslanan yeni rəqəmsal platformaya keçəcək. Qəzet öz onlayn versiyasını yeniləyəcək."Azernews" oxucularının tələblərinə cavab vermək üçün yeni texnologiyaları tətbiq etməkdə də davam edir.

Bu yaxınlarda "Azernews" iPad tablet kompüterləri üçün nəzərdə tutulmuş yeni bir tətbiqə başladı. Proqramın pulsuz versiyasını "App Store"dan yükləməklə ən son xəbərlərə, məqalələrə, müsahibələrə və ən keyfiyyətli şəkillərə giriş əldə etmək olar. Əminik ki, innovativ yeniliklər qəzetimizin oxucu auditoriyasını genişləndirəcək, hədəflərimizə çatmağa və beynəlxalq keyfiyyət standartlarına uyğun fəaliyyət göstərməyə imkan verəcək.