Orxan özünü yaşadığı binanın 9-cu mərtəbəsindən yerə atmaq istəyib Orxan özünü yaşadığı binanın 9-cu mərtəbəsindən yerə atmaq istəyib
  • Toplum
  • 24 İyun 2021 23:59
  •  5 897

Bakıda intiharın qarşısı alındı

Orxan özünü yaşadığı binanın 9-cu mərtəbəsindən yerə atmaq istəyib

Bakıda intihara cəhd hadisəsi baş verib.

Aznews.az xəbər verir ki, hadisə Xətai rayonu Gəncə prospektində qeydə alınıb.

1982-ci il təvəllüdlü Məhərrəmov Orxan Nəbi oğlu yaşadığı binanın 9-cu mərtəbəsindən özünü yerə atmaq istəyib. Əraziyə çağırılan FHN-nin xilasetmə qüvvələri və rayon polis əməkdaşlarının köməkliyi ilə intiharın qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.