Mövcud vəziyyətlə bağlı sakinlərin fikirləri birmənalı deyil Mövcud vəziyyətlə bağlı sakinlərin fikirləri birmənalı deyil
  • Toplum
  • 25 İyul 2021 10:51
  •  26 237

Sürücülərə xəbərdarlıq: Bunu edənləri 70-500 AZN arası cərimə gözləyir - VİDEO

Mövcud vəziyyətlə bağlı sakinlərin fikirləri birmənalı deyil

Sayrışan işıqlarını yandıran yanğın söndürən avtomobillər həyacan siqnalı ilə binanın qarşısına gəlir.

BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, şərti yanğın təlimi Xətai rayonu metronun Həzi Aslanov stansiyasının yaxınlığındakı çoxmərtəbəli binaların qarşısında keçirilib.

Bəzən insanlar yanğınsöndürənləri hadisə yerinə vaxtında çata bilməmələri ilə bağlı tənqid edirlər. Görünən odur ki, bu məsələdə vətəndaşların da məsuliyyəti önəmli rol oynayır.

Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları şəxsi heyətin və xüsusi təyinatlı texnikaların yaşayış kompleksinin həyətinə çata bilməməsini əyani şəkildə göstəriblər.

Xüsusi ilə də çoxmərtəbəli binlarda baş verən yanğın zamanı əhəmiyyətli rol oynayan avto-nərdivan isə ümumiyyətlə şərti yanğın yerinə daxil ola bilmədi.

Mövcud vəziyyətlə bağlı sakinlərin fikirləri birmənalı deyil.

Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi Elnur Babayev deyir ki, belə hallar daha çox paytaxtda yaşanır. Dəfələrlə xəbərdarlıq edilsə də nə sakinlər, nə də MTK-rəhbərləri tədbir görürlər.

Qeyd ədək ki, inzibati xətalar məcəlləsinin 536-cı yəni ''Yanğın Təhlükəsizliyi sahəsində qəbul edilmiş qərarın və ya tələbnamənin yerinə yetirilməməsinə'' görə, fiziki şəxslər 70-100, vəzifəli şəxslər isə 350-500 manatadək cərimə edilirlər.