Həkimlər müalicə etsələr də S.Səmədovu xilas etmək mümkün olmayıb Həkimlər müalicə etsələr də S.Səmədovu xilas etmək mümkün olmayıb
  • Toplum
  • 25 İyul 2021 14:56
  •  7 851

Səməd Səmədovun dəfn olunacağı yer bilindi

Həkimlər müalicə etsələr də S.Səmədovu xilas etmək mümkün olmayıb

Ötən gün dünyasını dəyişən Xalq artisti Səməd Səmədov bu gün dəfn olunacaq.

AzNews.az axşam.az-a istinadən bildirir ki, sənətçi ilə vida mərasimi keçirilməyəcək.

Günorta saatlarında mərhumun nəşi ailəsinə təhvil veriləcək.

S.Səmədov Yasamal qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, 74 yaşlı müğənni koronavirus infeksiyasına yoluxub. İki gün əvvəl halı pisləşən sənətçi xəstəxanaya yerləşdirilib. Həkimlər müalicə etsələr də S.Səmədovu xilas etmək mümkün olmayıb. Onda böyrək çatışmazlığı yaranıb, Covid-19 ağırlaşmalarından olan sepsis və septik şok inkişaf edib.