Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər
  • Toplum
  • 26 İyul 2021 10:41
  •  2 976

Magistraturaya qeydiyyat bu gün başa çatır

Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər

İyulun 26-da ali təhsil müəssisələrinin və AMEA-nın magistratura səviyyəsinə qəbul olmuş şəxslərin elektron qeydiyyat prosesi başa çatır.

AzNews.az-ın xəbərinə görə, proses bu gün saat 23:59-dək davam edəcək.

Bakalavrlar portal.edu.az platformasında qeydiyyatdan keçməli, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.