Faktla bağlı araşdırma aparılır Faktla bağlı araşdırma aparılır
  • Toplum
  • 26 İyul 2021 11:49
  •  3 845

Polis əməkdaşı bədbəxt hadisə nəticəsində öldü

Faktla bağlı araşdırma aparılır

Şamaxı rayonunda polis əməkdaşı bədbəxt hadisə nəticəsində ölüb.

AzNews.az xəbər verir ki, hadisə rayonun Məlikçobanlı kəndində qeydə alınıb.

İlkin məlumata görə, polis serjantı İdrak Alıyev öz evinin həyətində təmir işləri görərkən elektrik cərəyanı vurması nəticəsində vəfat edib.

Hadisə onun xidmətdənkənar olduğu vaxt baş verib.

Faktla bağlı Şamaxı rayon Prokurorluğunda araşdırma aparılır.