Sabah səhər isə 1 helikopter hadisə yerinə yola düşəcək Sabah səhər isə 1 helikopter hadisə yerinə yola düşəcək
  • Toplum
  • 31 İyul 2021 21:35
  •  9 300

Daha bir yanğın-xilasetmə qrupu Türkiyəyə yola düşüb - FOTO

Sabah səhər isə 1 helikopter hadisə yerinə yola düşəcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu yaxın saatlarda qardaş Türkiyə Respublikasına yola düşüb.

Aznews.az xəbər verir ki, fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev jurnalistlərə açıqlamasında bildirib ki, ötən gün yola düşən ilk dəstə hazırda Marmaris vilayətindən 11 km məsafədə yanğınların söndürülməsində iştirak edir: "Hazırda isə ikinci yardım karvanı qardaş ölkəyə göndərilir. Karvanda 5-i xüsusi riskli xilasetmə xidmətinin avtomobili olmaqla 53 texnika və Dövlət Yanğından Mühafizə xidmətinin texnikası yer alır. Sabah səhər isə 1 helikopter hadisə yerinə yola düşəcək. Yardım karvanı iki gündən sonra əraziyə çatacaq. Yol boyu FHN-in təcili-tibbi yardım avtomobilləri də yardım karvanını müşahidə edəcək."

Nazir müavini bəzi ölkə mediasında qardaş ölkədə baş verən yanğınlarla bağlı xoşagəlməz məlumatlar yayılması ilə bağlı xəbərlərə də aydınlıq gətirib. E.Mirzəyev bildirib ki, meşə yanğınları adi yanğınlara bənzəmir:" Orada havanın temperaturu 40-45 dərəcədir. Dağlıq zonada uca şam ağacları ilə əhatə olunan yanğınların söndürülməsi o qədər də asan deyil. Buna baxmayaraq Türkiyəli mütəxəssislər bizim mütəxəssislərlə birlikdə yanğının qarşısının alınması üçün mübarizə aparırlar."

E.Mirzəyev azərbaycanlı jurnalistləri yanğının gur olan yerlərinə getməməyə çağırıb.

Nazir müavini Fövqəladə Hallar Nazirliyinin qarşısına qoyulan vəzifələri uğurla yerinə yetirəcəyini qeyd edib: "Yaşasın Türkiyə-Azərbaycan dostluğu!"

image description image description image description image description