Bir gündə 101101 vaksin vurulub Bir gündə 101101 vaksin vurulub
  • Toplum
  • 28 Avqust 2021 18:20
  •  6 644

Son sutkada vaksin olunanların sayı açıqlandı

Bir gündə 101101 vaksin vurulub

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 101101 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Aznews.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 60650, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 40451 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 6594858, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3990054, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2604804 təşkil edir.