• Toplum
  • 24 Oktyabr 20:19
  •  1 661

Aktiv koronavirus xəstəsi metroda saxlanılıb - FOTO

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev məlumat verib

Bakı Metropoliteninin "Avtovağzal" stansiyasında aktiv koronavirus xəstəsi müəyyən olunub.

Aznews.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev məlumat verib.

E.Hacıyev bildirib ki, 1982-ci il təvəllüdlü Eldam Hüseynov polis əməkdaşları tərəfindən saxlanılaraq müalicə təyin olunan ünvana yerləşdirilməsi təmin olunub.

Aktiv koronavirus xəstəsi hava almaq üçün üçün evdən çıxdığını deyib. E.Hüseynov barəsində cinayət qanunvericiliyinə uyğun olaraq, barəsində prosessual tədbirlər davam etdirilir.