- Toplum
- 28 Dekabr 2021 12:22
- 3 949
Təhsil nazirinin müşaviri yeni vəzifəyə təyin olundu

Emin Əmrullayev əmr imzalayıb
Təhsil nazirinin müşaviri yeni vəzifəyə təyin olunub.
Nazirin müşaviri Ülkər Səttarova Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyinat alıb.
Bununla bağlı təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.
Agentlikdən bildirilib ki, yeni sədr Ü.Səttarova bu gündən işinin icrasına başlayıb.
Nazirin digər əmri ilə Agentliyin keçmiş sədri Eldar Orucov isə Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini təyin edilib.