- Toplum
- 13 Fevral 2022 13:31
- 7 257
Bakıda dənizə düşən şəxsin xilas edilməsinin görüntüləri əldə edilib - Video
Vətəndaş xilas edilərək aidiyyəti üzrə təhvil verilib
Fövqəladə Hallar Nazirliyin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Parkın ərazisində (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 600 m aralı, nəzarətsiz ərazi) 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.
Aznews.az xəbər verir ki, dərhal hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasedicilərinin çevik müdaxiləsi nəticəsində vətəndaş xilas edilərək aidiyyəti üzrə təhvil verilib.