- Toplum
- 4 Aprel 2022 15:49
- 6 103
Bakıda 7 qadın külək nəticəsində xəsarət alıb
Yaralananlar müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıblar
İndiyə olan son məlumata görə, Bakıda hava şəraiti ilə əlaqədar küləyin törətdiyi fəsad nəticəsində 7 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralananlar Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları tərəfindən xəstəxanalara çatdırılıblar.
Bu barədə TƏBİB-dən bildirilib. Qeyd edilib ki, xəsarət alanların ümumi vəziyyəti stabil olaraq qiymətləndirilir.
Xəsarət alanların hər biri qadındır. Onlara hazırda TƏBİB-in tabeliyindəki tibb müəssisələrində tibbi yardım göstərilir.
.