- Toplum
- 12 May 2022 21:43
- 9 505
Neftçilər prospekti bağlanacaq

Hərəkət iştiakçılarından Azneft dairəsindən alternativ yollardan istifadə etmələri xahiş olunur
2022-ci il Formula 1 yarışlarına hazırlıq çərçivəsində Muzey Mərkəzi yaxınlığında, trekin ərazisinə daxil olan hissədə aparılan təmir işləri ilə bağlı bu gecə saat 00:00-dan etibarən Neftçilər prospektində nəqliyyatın hərəkəti dayandırılacaq.
Aznews.az xəbər verir ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən verilən məlumata görə, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bununla əlaqədar hərəkət iştiakçılarından Azneft dairəsindən alternativ yollardan istifadə etmələrini xahiş edir.
Əməliyyat Şirkəti şəhər sakinlərinə anlayışlarına görə təşəkkür edir.