4 nəfər vəfat edib 4 nəfər vəfat edib
  • Toplum
  • 2 Avqust 2022 18:58
  •  7 247

Koronavirusa sutkalıq yoluxma 500-ü keçdi

4 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 531 yeni yoluxma faktı qeydə alınıb, 294 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Aznews.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 4 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 799 471 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 787 080 nəfər müalicə olunaraq sağalıb, 9 752 nəfər vəfat edib, aktiv xəstə sayı 2 639 nəfərdir.

Ölkədə son sutka ərzində 3 950, hazırkı dövrədək isə 7 051 505 test aparılıb.