Meymunçiçəyinin əlamətlərini açıqlanıb Meymunçiçəyinin əlamətlərini açıqlanıb
  • Toplum
  • 4 Avqust 2022 18:40
  •  5 950

Bu əlamətləriniz varsa, meymunçiçəyi ola bilərsiniz

Meymunçiçəyinin əlamətlərini açıqlanıb

Meymunçiçəyinin əlamətlərini açıqlanıb.

TƏBİB-dən Xəzər Xəbər-ə verilən məlumata görə, meymunçiçəyinin əlamətləri baş ağrıları, bədənin hər hansısa hissəsində yaranan qabarıq səpgilər, yüksək hərarət, düz bağırsaqda iltihab və ağrı, limfa düyünlərində şişkinlik və əsasən bel ağrıları ilə özünü biruzə verə bilər.

"Əgər meymunçiçəyi xəstəliyinə yoluxduğunuzu düşünürsünüzsə həkiminizlə əlaqə saxlayın. Daha sonra həkim tövsiyəsinə uyğun olaraq meymunçiçəyi ilə bağlı test verin.

Meymunçiçəyindən qorunmaq üçün əllərinizi tez-tez sabun ilə yuyun, dezinfeksiyaedici vasitələrdən istifadə edin. Xəstəliyin simptomlarını hiss etdiyiniz insanlarla ünsiyyətdən çəkinin, onlarla aranızda fiziki məsafə saxlayın"-qurumdan qeyd edilib.

Aznews.az