DİM-dən məlumat verilib DİM-dən məlumat verilib
  • Toplum
  • 7 Avqust 2022 17:12
  •  5 103

Uşaq musiqi məktəblərinə müəllimlərin işə qəbulu üzrə test imtahanı başa çatıb - FOTO

DİM-dən məlumat verilib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 7-də uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə test imtahanı keçirilib.

Aznews.az xəbər verir ki, bu barədə DİM-dən məlumat verilib. Bildirilib ki, imtahan Bakı şəhərində kağız daşıyıcılar vasitəsilə 8 binada təşkil olunub. İmtahanda iştirak etmək üçün 1992 namizəd qeydiyyatdan keçmişdi. İmtahanının keçirilməsi üçün 8 ümumi imtahan rəhbəri, 24 imtahan rəhbəri, 180 nəzarətçi müəllim, 24 buraxılış rejimi əməkdaşı ayrılıb.

İmtahan binalarına giriş zamanı təhlükəsizlik və imtahan iştirakçılarının şəxsiyyətini dəqiqləşdirmək məqsədilə DİM əməkdaşları tərəfindən hazırlanan xüsusi mobil proqram təminatından istifadə olunub. Bu proqram bütün imtahan binalarında buraxılış rejimi zamanı iştirakçıların şəxsiyyətini müəyyənləşdirməyə və sürətli şəkildə imtahan binasına buraxılmasının təmin olunmasına imkan verir. Proqram kənar şəxslərin imtahan binalarına girişinin qarşısını almaqla yanaşı, DİM-də yaradılan operativ qərargahda bütün binaların buraxılış rejimini onlayn formada nəzarətdə saxlamağa şərait yaradır.

İmtahanda namizədlərə 70 test tapşırığı təqdim olunub. 40 tapşırıq seçilən müvafiq sahә üzrә ixtisas biliklәrini, 10 tapşırıq pedaqoji bacarıqları, 10 tapşırıq mәntiqi tәfәkkürü, 10 tapşırıq isә ümumi dünyagörüşünü yoxlayan qapalı tipli test tapşırıqlarıdır. Hәr düzgün cavab bir balla qiymәtlәndirilir. Sәhv cavablar ümumi nәticәyә tәsir göstәrmir.