- Toplum
- 7 Avqust 2022 19:03
- 6 675
Daha 469 nəfər COVID-19-a yoluxub

Ölən olmayıb
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 469 yeni yoluxma faktı qeydə alınıb, 422 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Aznews.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən ölən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 801 939 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 789 034 nəfər müalicə olunaraq sağalıb, 9 760 nəfər vəfat edib, aktiv xəstə sayı 3 145 nəfərdir.