- Toplum
 - 13 Avqust 2022 23:01
 - 4 690
 
ADPU-nun tələbəsi avtomobil qəzasında ölüb
            Universitet rəhbərliyi tələbənin vəfatından məyusluğunu bildirib
ADPU-nun tələbəsi avtomobil qəzasında ölüb.
Bu barədə Aznews.az-a universitetdən bildirilib.
Məlumata görə, ADPU-nun nəzdindəki Azərbaycan Dövlət Pedaqoji Kollecinin Məktəbəqədər təhsil ixtisasında təhsil alan Nəzrin Ələsgərova avtomobil qəzası nəticəsində həyatını itirib.
Universitet rəhbərliyi tələbənin vəfatından məyusluğunu bildirib, ailəsinə səbr arzulayıb.