• Toplum
  • 8 Dekabr 2022 18:33
  •  2 240

Azərbaycanda 2 milyona yaxın insan artıq çəkidən əziyyət çəkir

"Azərbaycanda 2 milyona yaxın insan artıq çəkidən əziyyət çəkir".

Aznews.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə heyətinin sədri Zaur Əliyev "Sağlam çəkiyə doğru" layihəsinin təqdimat mərasimində deyib.

O bildirib ki, bu, əhalinin 20 faizi deməkdir:

"Artıq çəki dünyada kifayət qədər ciddi problemə çevrilib və Azərbaycanda da öz təsirini göstərməkdədir. Artıq çəki bir sıra xəstəliklərə səbəb olur. Bir məqamı qeyd edim k, 2020-ci ildə şəkərli diabet xəstələrinin sayı 250 minə yaxın idisə, ötən il bu rəqəm 310 minə yaxın olub. Bunlar sadəcə qeydiyyatda olan xəstələrdir".