• Toplum
  • 7 Fevral 2023 12:04
  •  3 490

"Space" TV-yə yeni rəhbər təyin olunub

"Space" televiziyanın baş direktoru, Əməkdar incəsənət xadimi Müşfiq Hətəmov başqa işə keçməsi ilə əlaqədar "Parni iz Baku” KVN komandasının keçmiş üzvü, ATV və "Lider" telekanallarında müxtəlif vəzifələrdə çalışan Vado Karovinlə əvəz olunub.

Bu barədə şirkətdən bildirilib.

Müşfiq Hətəmov 2021-ci ilin may ayında "Space" TV-yə rəhbər təyin olunmuşdu.

Müşfiq Hətəmov “Nabat”, “Dolu”, “Nar bağı”, “Yarımçıq xatirələr”, “Qisas almadan ölmə”, “Qırmızı bağ”, “Axınla aşağı”, “Üçüncü günün adamı” və s. filmlərin prodüseridir.

Vado Karovin “Şən və Hazırcavablar” klubunda “Bakılı oğlanlar” komandasında çıxışları ilə məşhurlaşıb.