• Toplum
  • 25 İyun 10:54
  •  2 125

Müəllimlərin sertifikatlaşdırılması ilə bağlı apellyasiya müraciətlərinin qəbuluna start verilib

21, 22 və 24 iyun tarixində təşkil olunan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin apellyasiya müraciətlərinin qəbuluna start verilib.

Təhsil İnstitutundan verilən xəbərə görə, müəllimlər portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müraciətlərini ünvanlaya bilərlər.

Qeyd edək ki, təhsilverənlər 1 ay müddətində şəxsi kabinetləri vasitəsilə apellyasiya müraciəti edə bilərlər. Müraciətlərin təhlilindən sonra yekun nəticələr elan ediləcək.