- Toplum
- 4 İyun 16:13
- 2 589
Sabahdan 1-ci siniflərin sərbəst qaydada məktəb və müəllim seçiminə start verilir

Sabah - 5 iyun saat 11:00-dan etibarən Azərbaycan bölməsi üzrə 1-ci siniflərin sərbəst qaydada məktəb və müəllim seçiminə start verilir.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, proses www.mektebeqebul.edu.az portalı vasitəsilə elektron şəkildə həyata keçirilir.
İnternetə çıxış imkanı olmayan vətəndaşlar isə aidiyyəti üzrə alternativ qeydiyyat mərkəzlərinə, agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə, ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.
Qeyd edək ki, qəbul prosesi 12 sentyabr 2025-ci il tarixinədək davam edəcək.
AzNews.az