- Toplum
- 12 İyun 12:00
- 1 416
Türkdilli qadın liderlər platformasının yaradılması təklif olunur

Türkdilli qadın liderlər platformasının yaradılması təklif olunur.
Bu barədə Qırğızıstan Respublikasının Əmək, Sosial Müdafiə və Miqrasiya nazirinin müavini Kyial Zhanuzakova Türk Dövlətləri Təşkilatının Ailə Məsələləri və Sosial Siyasət Sahəsinə çəsul nazir və qurum rəhbərlərinin 2-ci iclasında danışıb.
“Qadın sahibkarlığının inkişaf etdirilməsi, gender stategiyalarının tərtibi də qarşımızda duran məsələlərdir. Bu istiqamətdə işləri həyata keçirmək üçün büdcə formalaşdırılmalıdır. Bu gün bizim üçün dayanıqlı inkiaşf strategiyalarının həyata keçirilməsi olduqca vacibdir”, - deyə o əlavə edib.