- Türkiyə
- 31 Yanvar 23:03
- 1 553
İstanbulda mikroavtobus TIR-la toqquşub, 13 nəfər yaralanıb
İstanbulun Pendik rayonunda mikroavtobus hərəkətdə olmayan TIR-a çırpılıb.
Aznews.az bu barədə Türkiyə mediasına istinadən xəbər verir.
Hadisə nəticəsində 13 nəfər yaralanıb. Onlar ilkin müdaxilələrdən sonra təcili yardım maşınları ilə xəstəxanaya aparılıblar.
"İki nəfərin vəziyyəti ağırdır" , - məlumatda bildirilir.
AzNews.az