Azərbaycan şahmatçısı Niderlanddakı turnirdə üçüncü yeri tutub

Azərbaycan şahmatçısı Aydın Süleymanlı Niderlandda keçirilən "Tata Steel Challengers" beynəlxalq turnirində uğurlu çıxış edib.

AzNews.az xəbər verir ki, o, 13 turda 9 xal toplaya bilib.

Şahmatçı yekunda yarışı üçüncü pillədə başa vurub.