- Toplum
- 5 Avqust 21:48
- 1 643
Startap şəhadətnamələri stimula çevrilir - ŞƏRH

İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) daha 5 mikro və kiçik sahibkara "Startap" şəhadətnaməsi verib. Bununla da startap statusu qazanan KOB subyektlərinin toplam sayı 220-yə çatıb. Sonuncu iclasda "Steamland Factory" MMC-nin süni intellekt sistemləri üçün data infrastrukturu xidməti, "Mənzil Park" MMC-nin əmlak idarəetməsi üzərə onlayn platforması, "Nooshcard" MMC-nin rəqəmsal yemək kartı həlli, "Adscreen" MMC-nin taksilərdə reklam platforması və "Onrepetitor" MMC-nin onlayn tədris sisteminə verilən şəhadətnamələr, innovasiya sahəsində dinamik irəliləyişin davam etdiyini göstərir.
"Startap" şəhadətnaməsinin verilməsi mexanizmi ilk baxışda sadə bir prosedur kimi qiymətləndirilə bilsə də, iqtisadi baxımdan bu addımın arxasında daha dərin sistemli yanaşma dayanır. KOB subyektlərinə 3 il ərzində gəlir və ya mənfəət vergisindən azadolma imkanı yaradılması, startap ekosisteminin maliyyə dayanaqlılığını gücləndirə biləcək önəmli təsirlər yarada bilir. Bu azadolmalar, ilkin kapitala ehtiyac duyan, lakin investor cəlb etmək üçün kifayət qədər resursu olmayan startaplar üçün ciddi motivasiya faktoru hesab olunur.
Azərbaycanda son illər innovasiya və texnologiya sahəsində işlənən islahatların fonunda KOBİA-nın startap şəhadətnamələri istiqamətində atdığı addımlar, bu sektorun potensialının reallaşmasına təkan verən praktik yanaşma kimi dəyərləndirilir. Ölkənin iqtisadiyyatında çəki artıran texnologiya bazlı kiçik bizneslər, xüsusilə informasiya texnologiyaları, rəqəmsal məlumat emalı, əmlak idarəetməsi və tədris texnologiyaları sahələrində aktivləşir. Bu sahələr üzrə verilən son şəhadətnamələr də təsdiqləyir ki, iqtisadiyyatın strukturundaki şaxələnmə artıq reallıq halı alıb.
Startap şəhadətnamələrinin verilməsinin stimullaşdırıcı təsiri tək fərdi sahibkarların üzərində deyil, bazarda investisiya və partnyorluq münasibətlərinə də yönəlikdir. Rəsmiləşmiş startap statusu, investorlar üçün riskin nisbətən daha əlavə qiymətləndirilə biləcəyi hüquqi əsas yaradır. Bu da iç bazarda maliyyə alətlərinin daha effektiv istifadə imkanlarını artırır. Digər tərəfdən, ölkə xaricindən texnologiya təminatı və ya xarici bazarlara çıxış baxımından da qeyd olunan statusun sahibkarlara yeni qapılar açması mümkündür.
Bununla yanaşı, iqtisadi sistem baxımından bu cür təşviq modellərinin davam etməsi vergi daxilolmaları baxımından qısa müddətli azalmalar yarada bilsə də, uzun müddətli perespektivdə innovativ sektorun güclənməsi hesabına yeni dəyər zəncirlərinin formalaşmasına təkan verəcək. Şəhadətnamələrin artan templə verilməsi Azərbaycanda texnoloji sahibkarlıq ruhunun formalaşması baxımından mənali bir indikator hesab edilə bilər.
Nuray,
Aznews.az