- Toplum
- 14:33
- 1 177
Sabah Biləsuvarda 800-dən çox abonentin qazı kəsiləcək

Biləsuvar rayonunda qaz sızması ilə əlaqədar sabah 800-dən çox abonentin qaz təchizatı dayandırılacaq.
Rayonun Xırmandalı kəndindən keçən təbii qaz xəttində aşkar olunmuş sızmanın qarşısının alınması məqsədilə avqustun 29-da saat 10:00-dan başlayaraq kəndin bir hissəsində, ümumilikdə 839 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Qaz təchizatı işlər yekunlaşdıqdan sonra bərpa olunacaq.
AzNews.az