Sabah Coratda 650 abonentin qazı kəsiləcək

Sabah Corat qəsəbəsində 650 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Aznews.az xəbər verir ki, Sumqayıt şəhəri, Corat qəsəbəsində yeni çəkilmiş qaz xətlərinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar dekabrın 10-da 650 abonentin qaz təchizatında fasilə olacaq.

Qazın verilişi işlər tamamlandıqdan sonra bərpa ediləcək.