Sınaq müddətində özünü doğrultmayan işçilərin NƏZƏRİNƏ

İşə qəbul zamanı sınağın nəticəsi və onun tənzimlənməsi qaydasında dəyişiklik ediləcək.

Aznews.az xəbər verir ki, bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin dekabrın 3-də keçirilən onlayn iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə görə, əmək müqaviləsində sınaq müddəti müəyyən edilərkən həmin müddət ərzində işçinin sınaq zamanı özünü doğrultmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi şərti göstərilməlidir.

Qanun layihəsində sözügedən qaydanın qanunvericilikdən çıxarılması təklif edilir.

Həmçinin, sınaq müddətində özünü doğrultmamış işçinin əmək müqaviləsinə həmin müddət ərzində işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə xitam verilə biləcək.