- Toplum
- 10:45
- 923
Azərbaycanda gələn ildən internet qiymətləri bahalaşacaq? - RƏSMİ AÇIQLAMA
Sosial şəbəkələrdə növbəti ildən internet tariflərinin qiymətlərində artım olacağı ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Qiymət dəyişikliklərinin ev təsərrüfatlarının aylıq xərclərinə və rəqəmsal xidmətlərdən istifadə imkanlarına necə təsir edəcəyi isə cəmiyyətdə müzakirə mövzusuna çevrilib.
Məsələ ilə əlaqədar “Aztelekom” MMC-dən bildirilib ki, hazırda “Aztelekom” MMC-nin internet tariflərində artımla bağlı hər hansı qərarı mövcud deyil.
“Məlumat üçün bildirək ki, tariflərdə yenilik nəzərdə tutulduğu halda, abonentlər ən azı 30 gün əvvəl rəsmi kommunikasiya kanalları vasitəsilə məlumatlandırılır”,- deyə MMC-dən əlavə edilib.
Aznews.az