- Toplum
- 11:36
- 1 447
Azərbaycanda ən çox cəzalandırılan televiziyalar - RƏSMİ
2025-ci il ərzində "Space TV", "ARB", "Xəzər TV", "MTV", “ATV”, "ARB", "Baku TV" kanallarının hərəsinə bir dəfə olmaqla ümumi 7 xəbərdarlıq edilib, “MTV” və “Dünya TV” kanallarının yayımı hərəsi 3 saatlıq, “Kanal S”-in yayımı 24 saatlıq, "Space TV"-nin yayımı 6 saatlıq olmaqla ümumi 4 yayımın dayandırılması qərarı qəbul edilib. Bundan əlavə, "MTV" kanalının aid olduğu "Muz TV Azərbaycan" MMC-nin üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilməsi ilə bağlı protokol tərtib olunub.
Bu barədə Audiovizual Şuradan məlumat verilib.
Audiovizual Şuranın Aparat rəhbəri Fazil Novruzov bildirilib ki, ümumölkə yerüstü radio yayımçısı lisenziyasının verilməsi üçün 2024-cü ilin sonunda elan edilmiş 2 paralel müsabiqəyə 2025-ci ilin əvvəlində yekun vurulub:
"Müsabiqələrə buraxılmış 5 iddiaçı arasında daha üstün texniki, kadr və iqtisadi potensiala malik olan 2 iddiaçı - “Pro Media Group” MMC (radio kanalın adı: “Planet FM”) və “Broadcast Media” MMC (radio kanalın adı: “Dalğa FM”) qalib elan olunaraq onlara ümumölkə yerüstü radio yayımçısı lisenziyası verilib.
Bundan başqa, Audiovizual Şuraya daxil olan müraciətlər əsasında “TV1 Media” MMC-yə (televiziya kanalının adı: “TV1”), “Sport TV.AZ” MMC-yə (televiziya kanalının adı: “Sport TV 2”), “TV NET OTT” MMC-yə (televiziya kanalının adı: “Start Turan”), “Uninet” MMC-yə (televiziya kanallarının adı: “CityNet Hits” və “CityNet Premiere”) ümumi olaraq il ərzində 5 peyk yayımı həyata keçirməyən platfroma yayımçısı lisenziyası verilib".
Aznews.az