Yaxın zamanda robotik cərrahiyyə əməliyyatı ilə böyrək köçürülməsi də icra olunacaq

Yaxın zamanda Qafqaz regionunda ilk dəfə Azərbaycanda robotik cərrahiyyə əməliyyatı ilə böyrək transplantasiyasının icra olunması planlaşdırılır.

Aznews.az xəbər verir ki, bunu Yeni Klinikanın direktor müavini, Cərrahiyyə və Transplantasiya Mərkəzinin rəhbəri Eldar Əhmədov deyib.

Onun sözlərinə görə, böyrək köçürülməsi əməliyyatının icrası üçün texniki bazadan başqa onu həyata keçirəcək mütəxəssisin təcrübəsi və lisenziya ala bilmək əsasdır:

"Təcrübəli mütəxəssisi tapıb lisenziya aldıqdan sonra böyrək köçürmə əməliyyatı Yeni Klinikada da həyata keçiriləcək. Artıq bunun üçün avadanlıq və texnikalar sifariş verilb. Bu proses də təxminən 2-3 ay çəkəcək".

E.Əhmədov onu da qeyd edib ki, orqan transplantasiya əməliyyatları üçün robotik cərrahiyə əməliyyatı çox doğru seçimdir:

"Çünki burada qan itkisi minimuma endirilir, risk azaldılır".