Nazarbayev mahnı oxudu - "Mənim doğma yurdum, səni sevirəm" - VİDEO

Xalq artisti Alibek Dnişev Qazaxıstan prezidentinin qəbulunda olub

Qazaxıstan prezidenti Nursultan Nazarbayev bu gün xalq artisti Alibek Dnişevlə görüşüb.

AzNews.az Orta Asiya Xəbər Xidmətinə istinadən xəbər verir ki, ölkə başçısı görüşdə Dnişevin qazax xalqının mədəniyyət və incəsənətinin daha da tanınmasında və inkişafında göstərdiyi xidmətlərinə görə minnətdarlığını bildirib.

Onun sözlərinə görə xalq artisti Astananın yaradılmasının və ümumilikdə müstəqil Qazaxıstanın çiçəklənməsinin şahidi olub.

Dnişev ona göstərilən qayğıya görə prezidentə dərin təşəkkürünü çatdırıb.

Görüşün sonunda Nazarbayev xalq artisti ilə birgə "Mənim doğma yurdum, səni sevirəm" mahnısından bəzi fraqmentləri oxuyub.

Babək Göyüş
AzNews.az