- Dünyanın halı
- 6 Noyabr 2018 12:56
- 2 324
Belarus prezidentinin təyyarəsi satışa çıxarıldı

Təyyarə 1995-ci il istehsalıdı
Belarus prezidenti Aleksandr Lukaşenkonun istifadə etdiyi Tu-154M təyyarəsi satışa çıxarılıb.
1995-ci il istehsalı olan təyyarənin qiyməti 2 milyon dollar civarındadır.
Bildirilir ki, Lukaşenko bu təyyarədən sonuncu dəfə 2016-cı ildə Çinə səfəri zamanı istifadə edib.
Hazırda Belarus prezidentinin xarici səfərləri üçün Boeing 767 təyyarəsindən istifadə olunur. (oxu.az)
© AzNews.az