Hadisə Melburn şəhərinin mərkəzində baş verib Hadisə Melburn şəhərinin mərkəzində baş verib

Avstraliyada terror: "Allahu əkbər" dedi və insanlara partlayıcı maddə atdı

Hadisə Melburn şəhərinin mərkəzində baş verib

Avstraliyada terror aktı törədilib. Terrorçu bilərəkdən avtomobili binaya çırpıb, sonra isə "Allahu əkbər" deyərək küçədən keçənlərə hücum edib.

AzNews.az Ukrayna mediasına istinadən xəbər verir ki, hadisə Melburn şəhərinin mərkəzində baş verib.

Avstraliya hüquq-mühafizə orqanlarının əməkdaşları insidenti terror aktı kimi qiymətləndiriblər.

Viktoriya ştatının polis rəisi Qrem Eşton bildirib ki, qatil avtomobilin pəncərəsindən partlayıcı maddəni bayıra atdıqdan sonra avtomobili binanın divarına vurub. Avtomobil bu zərbədən sonra partlayıb.

Terrorçu avtomobildən düşəndən sonra əlindəki bıçaqla sakinlərin üzərinə cumub.

Məlum olub ki, terrorçu 1990-cı illərdə Somalidən gəlib.

Hadisə yerinə gələn polislər onu güllələyib. Qatil çoxsaylı güllə yaraları ilə xəstəxanaya aparılıb.

Hazırda Melburn şəhərində təhlükəsizlik tədbirləri görülür. Hadisənin baş verdiyi ərazidə minaaxtaranlar çalışır.

Polis terror aktının başvermə səbəblərini araşdırır.

Babək Göyüş

AzNews.az