- Dünyanın halı
- 12 Noyabr 2018 08:32
- 2 363
NASA Kaliforniyadakı meşə yanğınının şəkilini çəkdi - Kosmosdan

Bu yanğında ölənlərin sayı 31-ə qalxıb
Xəbər verildiyi kimi, ABŞ-ın Kaliforniya ştatında meşə yanğınları davam edir. Artıq bu yanğında ölənlərin sayı 31-ə qalxıb. Yanğının əhatə dairəsi elə böyüyüb ki, bu, hətta kosmosdan da görsənib.
AzNews.az xarici mediaya istinadən xəbər verir ki, NASA yanğının peykdən şəkilini çəkərək paylaşıb.
NASA-nın saytında paylaşılan şəkildə Kaliforniyanın şimalında yerləşən Paradise şəhəri yaxınlığında başlayan Camp yanğını ilə cənubda Malibu şəhərinin ətrafında olan Hill və Vulsi yanğınlarının yaratdığı duman buludları görsənir.
Pərvanə AĞAZADƏ
AzNews.az