Rusiya prezidentinin səfərində məqsəd mühüm bir tədbirdə iştirak etməkdir. Rusiya prezidentinin səfərində məqsəd mühüm bir tədbirdə iştirak etməkdir.

Putin Türkiyəyə gedir

Rusiya prezidentinin səfərində məqsəd mühüm bir tədbirdə iştirak etməkdir.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Putin “TürkAkım” qaz boru xəttinin dənizdən keçən hissəsinin yekunlaşması ilə bağlı tədbirdə iştirak etmək üçün noyabrın 19-da İstanbula gedəcək.

Xəbərdə, “TürkAkım”ın hər biri ildə 15.7 milyard kubmetr qaz nəql edəcək 2 qoldan ibarət olduğu və layihənin ilk qolu ilə qazın Türkiyəyə, ikinci qolu ilə isə Avropanın cənub və cənub-qərbinə göndərilməsi planlaşdırıldığı deyilir.

Qaz nəqlinə 2020-ci ildə başlanacağı deyilir.

Pərvanə AĞAZADƏ
AzNews.az