Qırğızıstanın Batken vilayətinin prokuroru Anarbay Mamajakıpov qətlə yetirilib. Qırğızıstanın Batken vilayətinin prokuroru Anarbay Mamajakıpov qətlə yetirilib.

Qırğızıstanın Batken vilayətinin prokuroru qətlə yetirilib

Qırğızıstanın Batken vilayətinin prokuroru Anarbay Mamajakıpov qətlə yetirilib.

Trend-in məlumatına görə, bu barədə "RİA Novosti"yə Qırğızıstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin nümayəndəsi Kərimə Amankulova bildirib.

K.Amankulova bildirib: "Faktla bağlı respublikanın Cinayət Məcəlləsinin "qətl" maddəsi üzrə cinayət işi başlanıb. Şübhəli şəxs saxlanılıb, onunla əməliyyat-istintaq tədbirləri aparılır".

Qeyd edək ki, Anarbay Mamajakıpov bu ilin may ayında Batken vilayətinin prokuroru təyin edilib. Daha əvvəl A.Mamajakıpov Talas şəhərinin prokuroru olub.

AzNews.az