Yaponiyada əksər banklar xaricə nağd pul köçürmələri xidmətini ləğv edir. Yaponiyada əksər banklar xaricə nağd pul köçürmələri xidmətini ləğv edir.

Yaponiyada əksər banklar bu xidməti ləğv edir

Yaponiyada əksər banklar xaricə nağd pul köçürmələri xidmətini ləğv edir.

Yaponiyada əksər banklar çirkli pulların yuyulmasına qarşı mübarizə məqsədilə xaricə nağd pul köçürmələri xidmətini ləğv edir. Belə güman edilir ki, həmin vəsaitlər terrorizmin maliyyələşdirilməsinə sərf oluna bilər.

Hökumət tərəfindən dəstəklənən “Shoko Chukin” Bankı ötən həftədən başlayaraq xaricə nağd pul köçürmələrini tamamilə dayandırıb.

Bundan əlavə, son aylarda daha 40 regional bankın xaricə nağd pul köçürmələrini tamamilə dayandırdığı bildirilir. Bankalardan bildirirlər ki, nağd pulun hərəkətini izləmək çətin olduğuna görə, onun təyinatı üzrə istifadə edildiyini öyrənmək mümkün deyil.

Xaricə nağd pul köçürmələrini davam etdirən banklar isə, həmin vəsaiti köçürənlərin şəxsiyyətini dəqiqləşdirmək üçün yoxlamaları daha da ciddiləşdirirlər.(AZƏRTAC)

© AzNews.az