Anatoli Şkarupa iki ay müddətinə həbs olunub. Anatoli Şkarupa iki ay müddətinə həbs olunub.

Nazir müavini həbs olundu

Anatoli Şkarupa iki ay müddətinə həbs olunub.

Astana Şəhər İxtisaslı Rayonlararası Məhkəməsi Qazaxıstanın enerji nazirinin müavini Anatoli Şkarupanı dövlət vəsaitlərini dağlıtmaqda şübhəli bilərək barəsində iki ay müddətli həbs qəti imkan tədbiri seçib.

Daha əvvəl Baş prokuror Kayrat Kojamjarov A.Şkarupanın hələ Qarağandı vilayətindəki Saran şəhərinin başçısı vəzifəsində işləyərkən dövlətə məxsus 215 milyon təngə (təqribən, 580 min ABŞ dolları) vəsaitini oğurlamaqda şübhəli bilindiyini demişdi.

Qeyd edək ki, bu il oktyabr ayında enerji nazirinin müavini təyim edilən A.Şkarupanın bu vəzifədəki sələfi Bakıtjan Jaksəliyev ölkənin şimalında Burabay – Shuçinsk kurort bölgəsindəki göllərdəki təmizləmə işlərinin qəbulu zamanı sui-istifadələrdə şübhəli bilinməsi barədə xəbərlər yayıldıqdan sonra istefaya göndərilmişdi.(report.az)

© AzNews.az