Keniyada silahlı şəxslər 23 yaşlı İtaliya vətəndaşını oğurlayıblar. Keniyada silahlı şəxslər 23 yaşlı İtaliya vətəndaşını oğurlayıblar.

Keniyada italiyalı qızı qaçırdılar

Keniyada silahlı şəxslər 23 yaşlı İtaliya vətəndaşını oğurlayıblar.

Bu barədə ölkə polisinin rəsmi tvitter hesabında məlumat yayılıb.

Bildirilir ki, Malindi şəhəri yaxınlığındakı ticarət mərkəzinə bir qrup silahlı kişi hücum edib. Onlar ətrafı atəşə tutublar və bu zaman 5 nəfər yaralanıb. Məlumata görə, yaraqlılar daha sonra “Miele Onlus” qeyri-hökumət təşkilatında könüllü işləyən 23 yaşlı qızı qaçırıblar.(qafqazinfo.az)

© AzNews.az