Onlar Milad Bayramı ərəfəsində terror aktı həyata keçirəcəkləri ilə İttiham edilir. Onlar Milad Bayramı ərəfəsində terror aktı həyata keçirəcəkləri ilə İttiham edilir.

Avstraliyada 3 Türk yaxalandı - Terrora hazırlıq görüblər

Onlar Milad Bayramı ərəfəsində terror aktı həyata keçirəcəkləri ilə İttiham edilir.

Avstraliyada üç Türk polis tərəfindən saxlanılıb. Onlar Milad Bayramı ərəfəsində terror aktı həyata keçirəcəkləri ilə ittiham edilir.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə ölkənin Melburn şəhərində baş verib.

İddiaya görə 30 yaşlı Ertunç Eriklioğlu, 26 yaşlı Samed Eriklioğlu və 21 yaşlı Hanifi Halis terror hücumu hazırlıqlarına ötən ilin mart ayında başlayıb.

Polis 2017-ci ilin əvvəlindən bu yana onları izləyirmiş.

Avstraliya polisi onların mümkün qədər çox can itkisinə yol açmaq üçün böyük bir bölgəni hədəfə alan hücum planlaşdırdığını bildirib.

Terrorla mübarizə qrupunun əməkdaşları şübhəlilərin qara bazardan yarı avtomatik 22 kalibrli tüfəng almaq üçün bir insanla təmasa keçdiyini müəyyənləşdirdikdən sonra əməliyyata start verib.

Türklər dünən gecə saat 03.00 radələrində evlərinə təşkil olunan basqınla nəzarətə alınaraq həbs olunub.

Polis üç şübhəlinin Avstraliya pasportlarının bu ilin əvvəllərində ləğv edildiyini bildirib.

Erikoğlu qardaşlarının atası Armağan uşaqlarının guya İŞİD-lə bağlılıqları haqda irəli sürülən iddiaları yalanlarıb: "Xeyr, onları sevməzdilər".

Ertunç Eriklioğlunun həyat yoldaşı Habibe Ba da ərinin dindar olduğunu söyləyib: "O niyə insanları öldürsün ki?!".

Babək Göyüş

© AzNews.az