- Dünyanın halı
- 24 Noyabr 2018 17:44
- 2 281
Zavodda partlayış olub, 2 nəfər ölüb, 57 nəfər yaralanıb - Çində

Çinin Jilin əyalətindəki Sanhe qəsəbəsində yerləşən maşınqayırma zavodunda partlayış baş verib.
“Report” “Sinhua”ya istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb, 57 nəfər xəsarət alıb.
Partlayış ətrafdakı 41 tikiliyə ziyan vurub. Ərazidə yanğın da baş verib.
Hadisənin nəticələrini aradan qaldırmaq üçün tədbirlər görülür.
AzNews.az