Ölənlərin bir-birlərinə qohum olduqları bildirilir. Ölənlərin bir-birlərinə qohum olduqları bildirilir.

Suriyada yaşayış məntəqəsi bombalandı - 14 ölü

Ölənlərin bir-birlərinə qohum olduqları bildirilir.

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya Suriyaya hava zərbəsi endirib.

Bu barədə SANA agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, zərbələr Eş-Şaaf vilayətinə endirilib. Zərbələr nəticəsində 14 dinc sakin həlak olub. Ölənlərin bir-birlərinə qohum olduqları bildirilir.

Qeyd edək ki, beynəlxalq koalisiya iki gün əvvəl də Deyr ez-Zor vilayətinin cənub-şərqindəki Əl-Şaaf yaşayış məntəqəsinə zərbə endirib. Nəticədə 11 dinc sakin həlak olub. (report)

AzNews.az