- Dünyanın halı
- 27 Noyabr 2018 17:13
- 1 192
Cənubi koreyalıların əksəriyyəti bunu istəmir

Cənubi koreyalıların əksəriyyəti sanksiyaların yumşaldılmasının tərəfdarıdır.
Cənubi koreyalıların əksəriyyəti nüvə-raket proqramının ləğvi ilə əlaqədar danışıqları sürətləndirmək üçün Koreya Xalq Demokratik Respublikasına (KXDR) tətbiq olunan sanksiyaların yumşaldılmasının tərəfdarıdır.
Bu fakt Cənubi Koreyadakı Milli Birləşmə Məsləhət Şurasının ölkədə keçirdiyi rəy sorğusunun nəticələrində əksini tapıb. Sorğuda iştirak edənlərin 64 faizi sanksiyaların yumşaldılmasını istəyir. Respondentlərin 20,4 faizi sanksiyaların yumşaldılmasını dəstəkləmədiklərini, 11,6 faizi isə ümumiyyətlə buna qarşı olduqlarını bəyan ediblər. Sorğu KXDR-in nüvə silahsızlaşdırılmasına dair indiyədək atdığı addımlar müqabilində ona tətbiq olunan sanksiyaların yumşaldılması və ya tamamilə ləğv olunması istəyi ilə əlaqədar bu ölkə ilə aparılan danışıqların dalana dirəndiyi bir vaxta təsadüf edir.
Sorğuda iştirak edənlərin 55,3 faizi iki Koreya arasında hazırda aparılan mübadilədən razı, 41,4 faizi isə narazı olduğunu bildirib.
Respondentlərin 60 faizi KXDR lideri Kim Çen Inın Cənubi Koreyaya nəzərdə tutulan səfərinin nüvə silahının ləğvi ilə bağlı aparılan danışıqlara və Koreya yarımadasında sülhün təminatına müsbət təsir göstərəcəyinə inandığını deyib.
Cənubi Koreya KXDR ilə iqtisadi əməkdaşlığın genişləndirilməsini istəsə də, beynəlxalq sanksiyalar buna mane olur.(AZƏRTAC)
© AzNews.az