Hadisə Əfqanıstanın Səyyad qəzasında baş verib Hadisə Əfqanıstanın Səyyad qəzasında baş verib

“Taliban” hücum etdi: 20 ölü, 23 yaralı...

Hadisə Əfqanıstanın Səyyad qəzasında baş verib

Əfqanıstanda “Taliban”ın hücumu nəticəsində 20 nəfər asayiş keşikçisi ölüb, 23-ü yaralanıb.

"Anadolu" agentliyi xəbər verir ki, hadisə ölkənin şimalındakı Səyyad qəzasında qeydə alınıb.

Sar-i Pul əyaləti valiliyinin sözçüsü Zəbihullah Amani taliblərin üç istiqamətdən hücum təşkil etdiklərini bildirib.

O, “Taliban” yaraqlılarının da hücum zamanı itki verdiyini deyib.(Report.az)

AzNews.az